Xəbər axtarın

Son axtarış nəticələri:

Gizli məlumatları Avropadakı blogerlərə kim ötürür? – ŞOK faktlar - VİDEO

25.11.2026 17:12

Gizli məlumatları Avropadakı blogerlərə kim ötürür? – ŞOK faktlar - VİDEO

Qapalı keçirilən məhkəmə prosesi ilə bağlı məlumatlar Azərbaycandan kənarda fəaliyyət göstərən blogerlərə necə ötürülür?

Primeinfo.az xəbər verir ki, bu məsələ Prime TV-nin “Qırmızı masa” platformasında müzakirə edilib.

AG Partiya başqanı Tural Abbaslı bu cür hallara təəccübləndiyini qeyd edib:

“Avropadakı blogerlər dedilər ki, Rauf Arifoğlu, Sərdar Cəlaloğlu, Pənah Hüseyn və Tural Abbaslı Əli Kərimlinin əleyhinə ifadə verib. Mən şoka girdim. Çünki belə şey olmayıb. Üstündən 2-3 gün keçdi, məlum oldu ki, R.Arifoğlu və S.Cəlaloğlu istintaqa dəvət olunub. Yəni, bu məlumatı biz bilmirdik, amma kənara sızdırıblar, onlar bilirdilər. İnformasiyanı xaricə ötürəndə, bizi də gözünə qatıblar ki, dəqiq məlumat olmasın və haradan çıxdığı bilinməsin”.

Maraqlı müzakirənin davamı “Qırmızı masa”da:

Paylaş: