Xəbər axtarın

Son axtarış nəticələri:

Naxçıvanda 2500 işçi işləyən fabrikləri kim bağlayıb? – Aygün Muradxanlıdan ŞOK FAKTLAR – VİDEO

14.07.2026 14:39

Naxçıvanda 2500 işçi işləyən fabrikləri kim bağlayıb? – Aygün Muradxanlıdan ŞOK FAKTLAR – VİDEO

“Naxçıvanda onlarla müəssisə gəzdik, hamısının qapısı bağlı idi”.

Primeinfo.az xəbər verir ki, bu sözləri jurnalist Aygün Muradxanlı Prime TV-nin “Qırmızı masa” platformasında deyib.

Bu günlərdə Naxçıvana gedən jurnalist səfər təəssüratlarını bölüşərək, xeyli dəyişikliklər müşahidə etdiyini bildirib:

“Naxçıvanda bu gün qapısı bağlı olan müəssisələr, zavodlar, fabriklər zamanında dövlət hesabına inşa edilib. Orada 2500-3000 adam işləyib. Bu da 2500-3000 ailə deməkdir. Naxçıvan indi çox dəyişib. Hər tərəfdə bol meyvə, su, əkinə yararlı torpaqlar – hər şey var. Naxçıvanı yenidən məskunlaşdırmaq lazımdır. Vasif Talıbovun dönəmində Naxçıvandan didərgin düşən insanlar bu gün öz yurdlarına qayıtmaq istəyirlər”.

Davamı “Qırmızı masa”da:

Paylaş: