Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Vergi Məcəlləsi

Azərbaycanda kuryerlər vergi ÖDƏYƏCƏKLƏR

Azərbaycanda kuryerlər vergi ÖDƏYƏCƏKLƏR

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. Primeinfo.az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, sabit vergi modeli həm də vergi orqanları üçün nəzarət və inzibatçılığı asanlaşdırır, əməliyyatların rəsmiləşdirilməsini təşviq edir və sektor üzrə dövriyyənin daha şəffaf uçotuna imkan yaradır.

Vergi Məcəlləsi: Bəzi cərimələr 150 faiz artırılır

Vergi Məcəlləsi: Bəzi cərimələr 150 faiz artırılır

Azərbaycanda bəzi cərimələr azaldılır, bəziləri isə artırılır. Primeinfo.az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihədə qeyd olunur ki, maliyyə institutları tərəfindən qeyri-rezidentlərin Azərbaycan ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların təqdim edilməməsinə görə hesaba mədaxil olunmuş vəsaitin ümumi məbləğinin 30 faizi miqdarında tətbiq olunan maliyyə sanksiyasının 10 faizə endirilməsi (lakin 1 000 manatdan az olmayaraq), bu hesablar üzrə mədaxil əməliyyatı aparılmadıqda isə hər belə hesab üçün 400 manat məbləğində tətbiq olunan maliyyə sanksiyasının 1 000 manata qaldırılması təklif olunur.

Aqrar məhsul istehsalı daha 3 il müddətinə ƏDV-dən azad ediləcək

Aqrar məhsul istehsalı daha 3 il müddətinə ƏDV-dən azad ediləcək

Azərbaycanda istehsal olunan (o cümlədən, sənaye üsulu ilə) kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyənin daha 3 il müddətinə – 2029-cu ilin sonuna qədər əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi nəzərdə tutulur. Primeinfo.az xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Maaşlardan tutulan gəlir vergisi dəyişir – YENİ DƏRƏCƏLƏR

Maaşlardan tutulan gəlir vergisi dəyişir – YENİ DƏRƏCƏLƏR

2027-ci il yanvarın 1-dən fiziki şəxslərin aylıq gəlirlərindən tutulan gəlir vergisinin dərəcələri dəyişəcək. Primeinfo.az xəbər verir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yeni vergi dərəcələri 2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək tətbiq olunacaq. Dəyişikliklərə görə, aylıq vergitutulan gəliri 2500 manatadək olan şəxslər 5 faiz dərəcəsi ilə gəlir vergisi ödəyəcəklər.

Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib

Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib

Parlament Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib. Primeinfo.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin iyulun 13-də keçirilən iclasının gündəliyinə daxil edilib. Qanun layihəsi neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürmək imkanının yaradılması məqsədilə hazırlanıb.

İncəsənət əsərlərinin və əntiq əşyaların idxalı ƏDV-dən azad olunur

İncəsənət əsərlərinin və əntiq əşyaların idxalı ƏDV-dən azad olunur

İncəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların ölkəyə idxalı ƏDV-dən azad edilir. Primeinfo.az-ın məlumatına görə, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların idxalı ƏDV-dən azad olunur.

Xaricdən 1 ədəddən artıq telefon gətirən 100 manat rüsum ödəyəcək

Xaricdən 1 ədəddən artıq telefon gətirən 100 manat rüsum ödəyəcək

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Primeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” dəyişiklikdə əksini tapıb. Vergi Məcəlləsinə dəyişikliyə görə, ölkəyə idxal edilən mobil cihazların hər bir ədədi üçün 20 manat aksiz vergisi tətbiq olunacaq.

Evlərini kirayə verənlər üçün vergi dərəcəsi endirilir

Evlərini kirayə verənlər üçün vergi dərəcəsi endirilir

Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq. Primeinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Beləliklə ki, mövcud qanunvericilikdə fiziki şəxslərin mənzil kirayə verilməsindən əldə olunan gəlirdən 14% verginin ödənilməsi nəzərdə tutulurdusa, yeni dəyişikliklərdə bu hədd 10%-ə endirilir.