
Rusiyanın Kemerovo vilayətində An-12 hərbi təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində 19 nəfər həlak olub.
Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə planlı uçuşun həyata keçirilməsi zamanı baş verib. Təyyarə yaşayış olmayan əraziyə düşüb və onun göyərtəsində 6-sı ekipaj üzvü olmaqla, ümumilikdə 19 nəfər olub.
Rusiya Müdafiə Nazirliyi qəzanın texniki nasazlıq səbəbindən baş verdiyini açıqlayıb.
Hadisə yerində Rusiya Aerokosmik Qüvvələrinin komissiyası işləyir.
***
17 noyabr, 19:18
Rusiyanın Kemerovo vilayətində “An-12” tipli təyyarə qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarənin ekipaj üzvləri həlak olublar.
Primeinfo.az xəbər verir ki, bu barədə regionun qubernatoru İlya Seredyuk öz “Telegram” kanalında bildirib.
“Yaqunovo kəndi ərazisində aviasiya qəzası olub. Hadisə yerinə yola düşdüm. Orada operativ xidmətlər işləyir. Region tərəfindən lazımi köməklik göstərilir. Hadisənin təfərrüatları səlahiyyətli qurumlar tərəfindən müəyyənləşdirilir”, – dəyə o vurğulayıb.