Xəbər axtarın

Son axtarış nəticələri:

567 nömrəli marşrutun avtobusları YENİLƏNİR

17.11.2026 21:10

567 nömrəli marşrutun avtobusları YENİLƏNİR

Qobu qəsəbəsini “Avtovağzal” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 567 nömrəli müntəzəm marşrutun avtobusları yenilənir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Primeinfo.az-a bildirilib ki, noyabrın 18-dən marşrut üzrə 11 ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən müasir və komfortlu avtobus 9-10 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,70 manat müəyyən edilib.

Paylaş: