Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyədə telekanalda ƏMƏLİYYAT: Rəhbər şəxs də daxil olmaqla, 4 nəfər saxlanıldı - FOTO - VİDEO

17.11.2026 10:27

Türkiyədə telekanalda ƏMƏLİYYAT: Rəhbər şəxs də daxil olmaqla, 4 nəfər saxlanıldı - FOTO - VİDEO
Bu gün səhər saatlarında Türkiyədə polis “Sözcü TV”nin mərkəzi ofisində və “Sözcü.com.tr” xəbər saytında əməliyyat həyata keçirib.

Primeinfo.az NTV-yə istinadən xəbər verir ki, məhkəmənin müvafiq qərarına əsasən polis əməkdaşları telekanalın binasında axtarış işləri aparıb, ərazidə isə təhlükəsizlik tədbirləri görülüb.

Məlumata görə, əməliyyat FETÖ işi ilə bağlıdır.

Türkiyədə telekanalda ƏMƏLİYYAT: Rəhbər şəxs də daxil olmaqla, 4 nəfər saxlanıldı - FOTO - VİDEO

Əməliyyat çərçivəsində şirkətin İdarə Heyətinin sədri Funda Tuncer Sıdalı və keçmiş baş direktoru Asım Akgül saxlanılıb. Ümumilikdə, 4 nəfər barəsində tutulma qərarı verilib.

“Sözcü” Media Qrupunun vəkili Ersan Barkın bildirib ki, telekanala və “sozcu.com.tr” xəbər saytına Türkiyənin Əmanətlərin Sığortalanması Fondu (TMSF) tərəfindən qəyyum təyin edilib.

Türkiyədə telekanalda ƏMƏLİYYAT: Rəhbər şəxs də daxil olmaqla, 4 nəfər saxlanıldı - FOTO - VİDEO

Vəkilin sözlərinə görə, qərar əvvəllər məhkəmə baxışından keçmiş cinayət işi ilə əlaqədardır.

Barkın iddia edib ki, axtarışlar Ali Kassasiya Məhkəməsinin (Yargıtay) daha əvvəl qanun pozuntusu müəyyən etmədiyi iş əsasında İstanbul Baş Prokurorluğunun təşəbbüsü ilə həyata keçirilir.

Paylaş: