
“Azərbaycanda hətta dövlət orqanlarının özlərini də cərimələrə otuzdurublar. Məsələn, dövlət orqanı vətəndaş müraciətinə 15 gün ərzində cavab verməlidir. Cavab verməsə, cərimələnəcək. Yəni, Azərbaycan böyük bir “cəriməxana”ya çevrilib. Oturdun – cərimə, qalxdın – cərimə, nəfəs aldın – cərimə”.
Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin canlı efirində yayımlanan “Qırmızı masa” platformasında AG Partiya başqanı Tural Abbaslı bildirib.
O, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan və I oxunuşda qəbul edilən “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini şərh edib. Partiya sədri ölkədə cərimələrin artırılmasını tənqid atəşinə tutub.
Jurnalist Aygün Muradxanlı ilə Tural Abbaslının qızğın müzakirəsinin davamı “Qırmızı masa”da: