Xəbər axtarın

Son axtarış nəticələri:

Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə GÖNDƏRİLDİ

16.11.2026 15:22

Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə GÖNDƏRİLDİ

Ermənistan ərazisində saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin işi ittiham aktı ilə məhkəməyə göndərilib.

Oxu.Az-ın News.am saytına istinadən xəbərinə görə, bu barədə Ermənistan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.

İşə Sünik Məhkəməsində baxılacaq.

Xatırladaq ki, oktyabrın 1-də yerli vaxtla saat 14:15-də (Bakı vaxtı ilə eyni vaxtda – red.) Azərbaycan əsgəri Nəsimi Musayev Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.

Şəki (Zəngəzur) kəndi istiqamətində ərazidə naməlum şəraitdə sərhədi keçən hərbçi 2 ay müddətinə həbs edilib.

Paylaş: