Fransanın şimalındakı Dənizkənarı Sena (Seine-Maritime) departamentində sərnişin qatarının relsdən çıxması nəticəsində 44 nəfər xəsarət alıb. Primeinfo.az xəbər verir ki, bu barədə “TF1” telekanalı departament prefekturasına və Ruan prokurorluğuna istinadən məlumat yayıb. Hadisə Ruandan Kan şəhəri istiqamətində hərəkət edən regional TER sərnişin qatarının Kleon (Cléon) kommunası yaxınlığında hərəkətdə olduğu vaxt baş verib.
Tatarıstanda (Rusiya) “Cessna-172” yüngül mühərrikli təyyarə fərdi yaşayış evinin bostanına düşüb, pilot və sərnişin həlak olub. Primeinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən məlumat verilib. “Saba rayonunda təyyarənin qəzaya uğraması nəticəsində pilot və sərnişin həlak olub”, – məlumatda deyilir.
Şimali Kiprin Girne şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 13-ə çatıb. Primeinfo.az xəbər verir ki, bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel “X” hesabında paylaşım edib. O bildirib ki, daha bir nəfərin cəsədi tapılıb, beləliklə, ölənlərin sayı 13-ə yüksəlib, 15 nəfər isə itkin düşmüş hesab olunur.
Çinin cənub-şərqində torpaq sürüşməsi baş verib. Nəticədə iki nəfər həlak olub. Təlafat sayının artacağı istisna edilmir.
Türkiyənin İstanbul vilayətində məşhur aktyor Serhat Mustafa Kılıç evində ölü tapılıb. Primeinfo.az xəbər verir ki,cümə axşamından bəri aktyordan xəbər ala bilməyən sevgilisi Özlem E. saat 17:00 radələrində onun Nurtepe məhəlləsindəki mənzilinə gəlib.
Yəmən husiləri Taiz şəhəri (Yəmən) yaxınlığına raket zərbəsi endirib, 4 nəfər ölüb. Primeinfo.az xəbər verir ki, bu barədə “Al-Jazeera” Yəmənin “Saba TV” dövlət televiziyasına istinadən məlumat yayıb. Qeyd olunub ki, zərbə nəticəsində 9 nəfər yaralanıb.
Boliviyanın Viaça şəhərindəki hərbi texnikanın təmiri mərkəzində baş verən partlayış nəticəsində azı iki nəfər ölüb, daha 59 insan yaralanıb. Primeinfo.az xəbər verir ki , bu barədə “Unitel” telekanalı polisə istinadən məlumat yayıb. “İki nəfər ölüb, yeddi nəfər itkin düşüb, 59 nəfər yaralanıb”, – telekanal veb saytında polis komandanının müavini Rocer Roka istinadən bildirib.
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb. Primeinfo.az xəbər verir ki , ölkənin Fəlakətlərin Fəsadlarının Aradan Qaldırılması üzrə Milli İdarəsi (NDMA) bu barədə “X” sosial şəbəkəsində bildirib. “734 meyit tapılıb”, – idarənin hesabatında deyilir.
Xarkov vilayətində həlak olan Ukrayna hərbçilərinin xatirəsinə həsr olunmuş illik marafon yarışının üç iştirakçısı Rusiya Silahlı Qüvvələrinin hücumu nəticəsində həlak olub.
Rusiyanın Kiyev vilayətinin Buça rayonuna endirdiyi zərbə nəticəsində 27 nəfər ölüb, 42 nəfər, o cümlədən 4 uşaq xəsarət alıb.