Beyləqanda ölümlə nəticələnən avtomobil qəzası olub. Primeinfo.az xəbər verir ki,hadisə Təzəkənd kəndində baş verib. Belə ki, rayonun Bolsulu kənd sakini Məhəmməd Səfərəliyev “VAZ-2107” markalı avtomobilə idarəetməni itirib.
ABŞ-nin Pensilvaniya ştatının Eri şəhərində azı 9 nəfərin ölümü ilə nəticələnən dəhşətli atışma baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə “CBS” telekanalı məlumat yayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları atışma barədə daxil olan həyəcan siqnalından sonra yerli vaxtla saat 17:00 radələrində hadisə yerinə gəliblər.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid adına beynəlxalq hava limanında güclü partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, Bahar qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun baş verməsi barədə məlumat daxil olub. Bu barədə Primeinfo.az-a FHN Mətbuat xidmətindən məlumat verilib. Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Pakistanın şimal-qərbində yerləşən Dera İsmayıl Xan şəhərində güclü partlayış baş verib. Primeinfo.az xəbər verir ki, yerli polis və təcili yardım xidmətlərinin ilkin məlumatlarına görə, hadisə nəticəsində 11 nəfər həlak olub, 30 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Partlayışın dəqiq səbəbləri hələlik bəlli deyil.
Sentyabrın 20-nə keçən gecə Moskva və Moskva vilayəti kütləvi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Primeinfo.az xəbər verir ki, Moskva meri Sergey Sobyanin bildirib ki, hava hücumundan müdafiə qüvvələri Ukrayna Ordusunun Moskvaya ən kütləvi PUA hücumunu dəf edib, dünəndən etibarən bütün istiqamətlərdə 1,6 mindən çox PUA zərərsizləşdirilib. Moskva vilayətində PUA hücumu nəticəsində iki nəfər – Orexovo-Zuyevoda yaşlı kişi və Sofyinoda bir qadın ölüb.
Qaxda yol qəzasında xəsarət alan Gülnarə Cəfərova Qax Rayon Mərkəzi Xəstəxanasında həkimlərin səyinə baxmayaraq vəfat edib. Primeinfo.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qax-Qorağan avtomobil yolunun Meşəbaş kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Ford” markalı yük avtomobili ilə “VAZ-21099” markalı minik avtomobili toqquşub.
Vanuatu sahillərində bərənin batması nəticəsində azı bir nəfər ölüb, 30-dan çox insan itkin düşüb.
Fransanın şimalındakı Dənizkənarı Sena (Seine-Maritime) departamentində sərnişin qatarının relsdən çıxması nəticəsində 44 nəfər xəsarət alıb. Primeinfo.az xəbər verir ki, bu barədə “TF1” telekanalı departament prefekturasına və Ruan prokurorluğuna istinadən məlumat yayıb. Hadisə Ruandan Kan şəhəri istiqamətində hərəkət edən regional TER sərnişin qatarının Kleon (Cléon) kommunası yaxınlığında hərəkətdə olduğu vaxt baş verib.
Tatarıstanda (Rusiya) “Cessna-172” yüngül mühərrikli təyyarə fərdi yaşayış evinin bostanına düşüb, pilot və sərnişin həlak olub. Primeinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən məlumat verilib. “Saba rayonunda təyyarənin qəzaya uğraması nəticəsində pilot və sərnişin həlak olub”, – məlumatda deyilir.