
Vanuatu sahillərində bərənin batması nəticəsində azı bir nəfər ölüb, 30-dan çox insan itkin düşüb.
Primeinfo.az xəbər verir ki,bu barədə “Reuters” Baş nazir Jotam Napatanın Dəftərxanasına istinadən məlumat yayıb.
“MV Matui” bərəsində heyət üzvləri də daxil olmaqla onlarla insan olub. Qəza Amba və Espiritu-Santo adaları arasında baş verib. Xilasedicilər 15 nəfəri tapıb, xilas edə biliblər.
İlkin məlumatlara görə, qəzaya səbəb fırtınalı hava və gəminin həddindən artıq yüklənmə ola bilər.
Hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.