
Bakının Nərimanov rayonunda kafelərin birində baş verən insidentlə bağlı 3 nəfərin şəxsiyyəti müəyyən olunub.
Primeinfo.az-ın məlumatına görə, hadisəni törədən şəxslərdən bir neçəsi saxlanılıb.
Şəxsiyyəti müəyyən edilənlərin saxlanılması istiqamətində polis tərəfindən zəruri tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Məlumatı “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqləyiblər.