
Noyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb.
Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 17-22° isti, dağlarda 0-4°şaxta, gündüz 8-13° isti olacaq.