Xəbər axtarın

Son axtarış nəticələri:

Putin: "Ukraynadakı xarici qoşunlar Rusiya üçün qanuni hədəf olacaq"

12.11.2026 20:01

Putin: "Ukraynadakı xarici qoşunlar Rusiya üçün qanuni hədəf olacaq"

Rusiya Prezidenti Vladimir Putin Aleşkinin nümunəsində Konstantinovkada humanitar missiyanın təşkil olunmasını təklif edib.

Primeinfo.az xəbər verir ki, Putin bu barədə Kremldə ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşündə bildirib.

O, Rusiyanın Konstantinovka yaxınlığındakı ərazini minalardan təmizləməsi üçün beş günə ehtiyacının olduğunu vurğulayıb: “Rusiya Konstantinovkaya nəzarət edir və humanitar missiyanın təhlükəsizliyini təmin etməyə hazırdır. Əgər Ukrayna şəhərə nəzarət etdiyini düşünürsə, qoy öz təhlükəsizliyini təmin etsin”.

Putin missiyanın təşkili ilə bağlı Rusiya və Ukrayna ombudsmanlarına tapşırıq verməyi təklif edib.

Rusiya Prezidenti Ukraynada sülhün daimi olmasını istədiyini də bildirib.

Paylaş: