Xəbər axtarın

Son axtarış nəticələri:

Zabratda mənşəyi məlum olmayan toyuq əti aşkarlandı – FOTO

12.11.2026 13:26

Zabratda mənşəyi məlum olmayan toyuq əti aşkarlandı – FOTO

Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Əliyev küçəsində yerləşən ət emalı müəssisəsində mənşəyi məlum olmayan toyuq əti aşkarlanıb.

Primeinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Agentliyin əməkdaşları sözügedən ünvanda fiziki şəxs Lyubimov Tahir Qəhrəman oğluna məxsus ət emalı müəssisəsində yoxlama keçirib.

Müəssisənin qida təhlükəsizliyi sahəsində təsdiq olunmadan qanunsuz fəaliyyət göstərdiyi, toyuq ətlərinin müşayiətedici sənədlərinin olmadığı, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların pozulduğu aşkarlanıb.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, toyuq ətlərindən götürülən nümunələr laborator müayinələrə cəlb edilib və məhsulların dövriyyəsi qadağan edilib, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.

Zabratda mənşəyi məlum olmayan toyuq əti aşkarlandı – FOTO Zabratda mənşəyi məlum olmayan toyuq əti aşkarlandı – FOTO Zabratda mənşəyi məlum olmayan toyuq əti aşkarlandı – FOTO Zabratda mənşəyi məlum olmayan toyuq əti aşkarlandı – FOTO Zabratda mənşəyi məlum olmayan toyuq əti aşkarlandı – FOTO

Paylaş: