MHP-lilər İrəvanda - FOTO
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komissiyasının 67-ci iclası Ermənistanın paytaxtı İrəvanda keçirilir.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komissiyasının 67-ci iclası Ermənistanın paytaxtı İrəvanda keçirilir.
Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Növbəti mərhələdə burada şairin büstünün də quraşdırılması planlaşdırılır. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyi açıqlama yayıb.
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Ermənistandadır.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Geka Geladze rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Ermənistana rəsmi səfər edib. Primeinfo.az xəbər verir ki, Gürcüstan DTX-nin yaydığı məlumata görə, səfər çərçivəsində Geka Geladze Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanla görüş keçirib. Görüşdə Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlığın inkişafı, regionda cərəyan edən proseslər və mövcud təhlükəsizlik çağırışları müzakirə olunub.
Paşinyanın hakimiyyətdə olması Putinə xeyir deyil. Sadəcə olaraq hazırda Putin müəyyən dərəcədə uduzduğunu görür və çalışır ki, Ermənistandakı mövcud hakimiyyətlə münasibətləri yaxşılaşdırsın…
Ermənistanda parlament seçkilərində bölgələr üzrə seçici fəallığının göstəriciləri açıqlanıb. Primeinfo.az xəbər verir ki, ən yüksək seçici fəallığı qədim Azərbaycan torpağı olan Zəngəzurda qeydə alınıb. Bölgədə seçicilərin 66,37 faizi səsvermədə iştirak edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin hazırda Avropa İttifaqına (Aİ) daxil olmaq üçün namizəd statusu almağa hazır olmadığını bildirib. Primeinfo.az-ın məlumatına görə, o, bu barədə yerli televiziya kanalları tərəfindən yayımlanan brifinqdə bildirib. Baş nazirin sözlərinə görə, referendum yalnız konkret əsas olduqda – Aİ üzvlüyü və ya namizəd statusu üçün rəsmi müraciət edildikdə mümkündür.
Ermənistanın sabiq nəqliyyat və rabitə naziri, İrəvanın sabiq meri Qaqik Beqlaryan həbs edilib. Primeinfo.az xəbər verir ki, bu barədə “NEWS.am” məlumat yayıb. Məlumata görə, Beqlaryan seçki rüşvətinin verilməsi və ya alınması ittihamı ilə saxlanılıb.
Ermənistanın Rusiya ilə münasibətləri, Avropa kursu və Türkiyəylə təmasları regionun əsas müzakirə mövzularından biri olaraq qalır.
İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio arasında görüş başlayıb. Primeinfo.az “Armenpress”-ə istinadən xəbər verir ki, görüşdən sonra Anlaşma Memorandumunun imzalanma mərasimi keçiriləcək, bundan sonra Ararat Mirzoyan və Marko Rubio mətbuata açıqlama verəcəklər. Marko Rubio bir müddət əvvəl həyat yoldaşı Janett Rubio ilə birlikdə İrəvana gedib.