Xəbər axtarın

Son axtarış nəticələri:

Gürcüstan DTX rəisi İrəvanda təhlükəsizlik mövzusunu müzakirə edib - FOTO

27.06.2026 12:15

Gürcüstan DTX rəisi İrəvanda təhlükəsizlik mövzusunu müzakirə edib - FOTO

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Geka Geladze rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Ermənistana rəsmi səfər edib.

Primeinfo.az xəbər verir ki, Gürcüstan DTX-nin yaydığı məlumata görə, səfər çərçivəsində Geka Geladze Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanla görüş keçirib.

Görüşdə Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlığın inkişafı, regionda cərəyan edən proseslər və mövcud təhlükəsizlik çağırışları müzakirə olunub.

Tərəflər qlobal təhdidlərə qarşı mübarizədə iki ölkənin təhlükəsizlik xidmətləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Geka Geladze göstərilən qonaqpərvərliyə görə erməni həmkarına təşəkkür edib və onu Gürcüstana rəsmi səfərə dəvət edib.

Görüşdə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavinləri Tamaz Boraşvili və Aleksandr Maisuradze də iştirak ediblər.

Gürcüstan DTX rəisi İrəvanda təhlükəsizlik mövzusunu müzakirə edib - FOTO Gürcüstan DTX rəisi İrəvanda təhlükəsizlik mövzusunu müzakirə edib - FOTO Gürcüstan DTX rəisi İrəvanda təhlükəsizlik mövzusunu müzakirə edib - FOTO Gürcüstan DTX rəisi İrəvanda təhlükəsizlik mövzusunu müzakirə edib - FOTO Gürcüstan DTX rəisi İrəvanda təhlükəsizlik mövzusunu müzakirə edib - FOTO Gürcüstan DTX rəisi İrəvanda təhlükəsizlik mövzusunu müzakirə edib - FOTO Gürcüstan DTX rəisi İrəvanda təhlükəsizlik mövzusunu müzakirə edib - FOTO

Paylaş: