
“Naxçıvanda 50 ədəd təcili yardım maşını nəyə lazımdır? 50 ambulansın gün ərzində üç rejimdə fəaliyyət göstərməsi üçün hər maşına ən azı 3 sürücü, 3 tibb bacısı, 3 həkim lazımdır. Təcili yardım xidmətində neçə ştat var ki?”
Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı masa” platformasında jurnalist Tural Səfər bildirib.
Qeyd edək ki, Naxçıvanda bir sıra tibb müəssisələrində tibbi avadanlıqların işləməməsi və xidmət çatışmazlığı xəstələr üçün ciddi çətinliklər yaradır. Səhiyyə Nazirliyinin balansında olan 52 təcili tibbi yardım avtomobilinin yarıdan çoxunun isə istifadəsiz vəziyyətdə qaldığı iddia olunur.
Maraqlı müzakirənin davamı “Qırmızı masa”da: