Xəbər axtarın

Son axtarış nəticələri:

Qanunsuz saxlanılan 30 tüfəng və 3 avtomat AŞKARLANDI

26.11.2026 13:51

Qanunsuz saxlanılan 30 tüfəng və 3 avtomat AŞKARLANDI
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb.

Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, noyabrın 25-də polis tərəfindən paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz odlu silah və sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər keçirilib.

Tədbirlər nəticəsində 3 avtomat silahı, 2 tapança, 30 tüfəng, 17 patron darağı və 580 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Qanunsuz saxlanılan odlu silah və sursatın aşkar olunması, eləcə də onların qanunsuz dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

Paylaş: