Xəbər axtarın

Son axtarış nəticələri:

“Sabah”-“Barselona” matçında FACİƏ: Rusiyalı azarkeş stadionda vəfat etdi - FOTO

26.11.2026 11:44

“Sabah”-“Barselona” matçında FACİƏ: Rusiyalı azarkeş stadionda vəfat etdi - FOTO

Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən “Sabah” – “Barselona” qarşılaşmasını izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda vəfat edib.

Primeinfo.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə oyunun ikinci hissəsində Bakı Olimpiya Stadionunda qeydə alınıb.

Qarşılaşmanı tribunadan izləyən Rusiyanın Krasnoyarsk diyarından Bakıya gəlmiş 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişşevin qəfil halı pisləşib. O, stadionda dünyasını dəyişib.

Mərhumun meyiti müayinə üçün morqa təhvil verilib.

İlkin ehtimala görə, azarkeşin ölümünə ürək tutması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB faktı təsdiqləyib.

Qurumdan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 25-də saat 20:25 radələrində Sabunçu rayonunda yerləşən Bakı Olimpiya Stadionundan Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

“Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Briqada tərəfindən bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”, – TƏBİB-dən bildirilib.

“Sabah”-“Barselona” matçında FACİƏ: Rusiyalı azarkeş stadionda vəfat etdi - FOTO

Paylaş: