Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan-Litva

Litvanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Litvanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycana rəsmi səfərə gəlib. Primeinfo.az xəbər verir ki, onun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 25-də Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram bildirilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb

Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Litvanın xarici işlər naziri Kestutis Budrislə görüşüb. Primeinfo.az xəbər verir ki, Litva XİN rəhbəri görüşün nəticələri ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, danışıqların məhsuldar keçdiyini vurğulayaraq bildirib ki, Litva və Azərbaycan qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən energetika, ticarət və xalqlararası əlaqələr, eləcə də Cənubi Qafqazda sülh və rifahın təmin olunması istiqamətində ardıcıl irəliləyiş əldə edirlər.

Litva XİN rəhbəri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

Litva XİN rəhbəri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki,bu barədə Litvanın Azərbaycandakı səfirliyi sosial şəbəkə hesabında paylaşım edib. Bildirilib ki, Litvanın xarici işlər naziri Kestutis Budris azərbaycanlı həmkarı Ceyhun Bayramova ünvanladığı məktubda Azərbaycana davamlı sülh, sabitlik və dayanıqlı rifah arzulayıb.

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Azərbaycanda - FOTO

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Azərbaycanda - FOTO

Azərbaycan və Litva Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Litva Respublikasının General Conas Zemaitis adına Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizə gəlib. Primeinfo.az-a bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib.

Ceyhun Bayramov litvalı həmkarı ilə regiondakı cari vəziyyəti müzakirə edib

Ceyhun Bayramov litvalı həmkarı ilə regiondakı cari vəziyyəti müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Litvanın xarici işlər naziri Kestutis Budris arasında telefon danışığı baş tutub. Bu barədə Primeinfo.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Litva ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.