Xəbər axtarın

Son axtarış nəticələri:

UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - YENİLƏNİB-5

04.10.2026 19:32

UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - YENİLƏNİB-5

Azərbaycan millisi UEFA Millətlər Liqasında cari mövsüm ilk qələbəsini qazanıb.

Primeinfo.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu komanda Bakıda Litvanı qəbul edib.

8-ci km stadionunda baş tutan görüş millinin qələbəsi ilə başa çatıb – 1:0.

Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqib qapısından keçirib.

Xatırladaq ki, Azərbaycan millisi qrupdakı son matçını noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.

***

UEFA Millətlər Liqasının Azərbaycan – Litva matçında ikinci hissə başlayıb.

Primeinfo.az xəbər verir ki , fasilədən sonra Azərbaycan millisi hesabda öndədir – 1:0.

Görüşün baş hakimi portuqaliyalı FIFA referisi Qustavo Korreyadır.

***

UEFA Millətlər Liqasının Azərbaycan – Litva matçında ilk hissə başa çatıb.

Primeinfo.az xəbər verir ki , Azərbaycan millisi fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.

Görüşün baş hakimi portuqaliyalı FIFA referisi Qustavo Korreyadır.

***

UEFA Millətlər Liqasının Azərbaycan – Litva matçında hesab açılıb.

Primeinfo.az xəbər verir ki, Azərbaycan millisinin heyətində Abdulla Xaybulayev fərqlənib – 1:0.

Görüşün baş hakimi portuqaliyalı FIFA referisi Qustavo Korreyadır.

***

UEFA Millətlər Liqasının Azərbaycan – Litva matçına start verilib.

Primeinfo.az xəbər verir ki , D liqasının 2-ci qrupunun oyunu 8-ci km stadionunda keçirilir.

Görüşün baş hakimi portuqaliyalı FIFA referisi Qustavo Korreyadır.

Xatırladaq ki, milli komanda hazırda qrupda 2 xalla 2-ci pillədə qərarlaşıb. Litva 4 xalla birinci, Lixtenşteyn isə 1 xalla sonuncudur.

Paylaş: