
İstanbulda narkotik maddə istintaqı ilə bağlı saxlanılan 9 məşhur şəxs məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Primeinfo.az bu barədə NTV-yə istinadən xəbər verir.
Məlumata görə, narkotik istintaqı çərçivəsində Özcan Dəniz, Dəniz Çakır, Burcu Özbərk də daxil olmaqla 9 nəfər məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Ceylan Kaya isə həbs edilib.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən məşhurlarla bağlı aparılan narkotik vasitələrlə əlaqədar istintaq çərçivəsində ötən gün müğənni Özcan Dəniz, rejissor Cem Karcı, təşkilatçı Erdal Bozkuş və aktrisa Dəniz Çakır də daxil olmaqla, 35 nəfər saxlanılmışdı.

Xatırladaq ki, İstanbul Respublika Baş Prokurorluğunun məşhur simalara qarşı apardığı istintaq çərçivəsində 2025-ci il oktyabrın 8-dən etibarən bir sıra əməliyyatlar keçirilib. İstintaqa musiqiçilər, aktyorlar, menecerlər və iş adamları da cəlb olunub.