Xəbər axtarın

Son axtarış nəticələri:

Özbəkistan parlament nümayəndələri Zəfər parkı və Fəxri xiyabanda - FOTO

25.11.2026 13:47

Özbəkistan parlament nümayəndələri Zəfər parkı və Fəxri xiyabanda - FOTO

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edib.

Primeinfo.az xəbər verir ki, burada fəxri qarovul dəstəsi düzülüb.

Zəfər abidəsinin önünə əklil qoyulub. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını da ziyarət edib.

Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə əklil və gül dəstələri qoyulub.

Paylaş: