Xəbər axtarın

Son axtarış nəticələri:

Sumqayıtda marketdə ahıl qadına qarşı cibgirlik edilib - VİDEO

25.11.2026 19:40

Sumqayıtda marketdə ahıl qadına qarşı cibgirlik edilib - VİDEO

Sumqayıt şəhərində marketlərdən birində ahıl yaşlı qadına qarşı cibgirlik edilib.

Primeinfo.az xəbər verir ki, qadının çantasının açıq olduğunu görən naməlum şəxs onu izləyib və fürsət yaranan kimi çantadan içərisində 1289 manat olan pul kisəsini oğurlayaraq hadisə yerindən uzaqlaşıb.

Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş V.Nəzərov müəyyən edilərək saxlanılıb. O, ifadəsində oğurladığı pulu xərclədiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş: