
Türkiyədə tanınmış şəxsləri hədəf alan “narkotik əməliyyatı” davam edir.
Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, məşhurlara qarşı yeni araşdırma dalğasına start verilib.
Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən qadağan olunmuş maddələrlə bağlı başladılan istintaq çərçivəsində aralarında müğənni Mabel Matiz, aktrisa Serenay Sarıkaya, Onur Tuna, Feyza Civelek də daxil olmaqla, ümumlikdə 25 nəfər saxlanılıb.
Məlumata görə, araşdırılan rəqəmsal materiallar və əldə edilən digər sübutlar əsasında ictimaiyyətə tanınmış şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etdiyi ilə bağlı əsaslı şübhələr müəyyən edilib.

İstanbul Polis İdarəsinin əməkdaşları tərəfindən səhər saat 07:00-dan etibarən İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonlarında, eləcə də Muğlada ümumilikdə 25 ünvanda əməliyyat keçirilib.
Bildirilir ki, saxlanılan şəxslər əvvəlcə tibbi müayinədən keçirilir, daha sonra narkotik testi üçün Məhkəmə Tibbi Ekspertiza Qurumuna aparılır. Bundan sonra onlar ifadə vermək üçün prokurorluğa təqdim edilir.

Qeyd edək ki, Türkiyədə məşhurlarla bağlı narkotik istintaqı 2025-ci ilin oktyabrından davam edir. İstintaq çərçivəsində bir sıra tanınmış şəxslərdən analizlər götürülüb, bəzi şəxslər barəsində isə həbs qərarı çıxarılıb. İstanbulda narkotik şəbəkələrinə qarşı son dövrdə keçirilən əməliyyatlarda böyük həcmdə kokain müsadirə edilib, bir sıra narkotik istehsal məntəqələri müəyyən olunub və çoxsaylı satıcı saxlanılıb.
Şübhəli adlar:
1. Serenay Sarıkaya
2. Berkay Şahin
3. Tan Taşçı
4. Yağmur Ünal
5. Mirgün Sırrı Cabas
6. Hakan Aydın (Blok3)
7. Mabel Matiz (Fatih Karaca)
8. Feyza Civelek
9. Niran Ünsal
10. Volkan Bahçekapılı
11. Onur Tuna
12. Osman Haktan Canevi
13. Aslıhan Turanlı
14. Eren Kesimer
15. Kübra İmren Siyahdemir
16. Mehmet Rahşan
17. Cansu Tekin
18. Özgür Deniz Cellat
19. Yasemin İkbal
20. Tarık Tunca Bakır
21. Hanzede Gürkanlar
22. Aycan Yağcı
23. Tuğçe Postoğlu
24. Eda Dora
25. Semiha Bezek