
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türk Dövlətləri Təşkilatı (TDT) Gənclər Platformasının İdarə Heyətinin sədri Ramazan İzol ilə görüşüb.
Primeinfo.az xəbər verir ki, görüş zamanı milli mədəniyyətimizin və ortaq dəyərlərimizin təbliği, gənclər üçün birgə mədəni layihələrin həyata keçirilməsi, eləcə də əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tərəflər Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinin gənclər arasında daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar. Həmçinin ortaq mədəni irsin gələcək nəsillərə çatdırılması və türk dünyasının gəncləri arasında əlaqələrin genişləndirilməsi istiqamətində birgə təşəbbüslərin əhəmiyyəti qeyd olunub.
