Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan klassik ədəbiyyatının Türkiyədə təbliği müzakirə olunub - FOTO

06.10.2026 17:19

Azərbaycan klassik ədəbiyyatının Türkiyədə təbliği müzakirə olunub - FOTO

Azərbaycan klassik ədəbiyyatının Türkiyədə araşdırılması və tanıdılması məsələləri müzakirə olunub.

Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyə Müasir Elmlər Akademiyasının Türk Dili və Ədəbiyyatı kafedrasının müəllimi, nizamişünas alim və yazıçı Batuhan Aydınla görüşüb.

Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən görüşdə Azərbaycan ədəbiyyatının böyük şairi, Türk dünyasının ortaq ədəbi-mədəni irsinin görkəmli nümayəndələrindən biri Nizami Gəncəvinin zəngin yaradıcılıq irsinin araşdırılması və Türkiyə türkcəsinə tərcümə edilərək oxuculara çatdırılması məsələləri diqqət mərkəzində olub.

Görüş zamanı bu istiqamətdə gələcəkdə birgə layihələrin həyata keçirilməsi, Azərbaycan klassik ədəbiyyatının Türkiyədə daha geniş şəkildə tanıdılması və elmi tədqiqatların dəstəklənməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Batuhan Aydın görüşdə Azərbaycanla da bağlı yeni tədqiqatlarını əks etdirən “Doğu’da Bir Türk Şairi: Nizami Gencevi” və “Türk Dünyası Halk Edebiyatı Tarihi: Güllerin Atışması” adlı kitablarını Azərbaycan Mədəniyyət Mərkəzinə hədiyyə edib.

Paylaş: