Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çin Xalq Respublikasının Kibermühit Administrasiyasının rəhbəri Cuan Junvenlə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası Dövlət İnternet-informasiya Ofisinin naziri Cuan Junvenin rəhbərlik etdiyini nümayəndə heyəti ilə görüşüb. Bu barədə Primeinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Sahibə Qafarova ötən ay Asiya üçün Boao Forumunun illik konfransında iştirakını xatırladaraq, konfrans çərçivəsində Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Cao Lici ilə keçirdiyi görüşü parlamentlərarası əlaqələrin inkişafı baxımından yüksək qiymətləndirib, aparılan danışıqlar zamanı əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi barədə fikir mübadiləsi aparıldığını bildirib.