
Ukrayna Moskva vilayətinə kütləvi dron hücumu təşkil edib.
Primeinfo.az xəbər verir ki, dünən axşam saatlarında başlanan hücuma görə paytaxt hava limanlarının hamısı işini dayandırmalı olub.
Moskva meri Sergey Sobyanin bilavasitə Moskvaya yönələn 36 dronun məhv edildiyini açıqlayıb.
Dron hücumu xəbərdarlığından az sonra Rusiya Fövqəladə Hallar Nazirliyi Moskva yaxınlığındakı Ximki şəhərində anbar binasında nəöhng yanğınla bağlı məlumat yayıb. İlkin olaraq mebel və plastik malların olduğu anbarda yanğının 4,5 min kvadratmetr sahəni əhatə etdiyi açıqlanıb. Yanğına nəyin səbəb olduğu açıqlanmasa da, artıq sosial şəbəkələrdə onun dron hücumu nəticəsində başladığına dair məlumatlar yayılır.
Gecə saatlarında yanğının genişlənərə bütün anbarı əhatə etdiyi bildirilib.
Səhət saatlarında Rusiya FHN yanğının lokallaşdırılmasına nail olunduğunu elan edib.
Regional prokurorluq yanğının baş verdiyi sənaye və anbar binasının ümumi sahəsinin 10.000 kvadrat metr olduğunu açıqlayıb.
Qeyd edək ki, ötən həftə Rusiya Dövlət Duması Ukraynanın dron hücumlarının nəticələri barədə məlumat və videogörüntülərin paylaşılmasını qadağan edən qanun qəbul edib.