Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyəni Bolu şəhərində itkin düşən 10 uşaq və uşaq evinin 3 əməkdaşı tapılıb - FOTO

28.11.2026 17:15

Türkiyəni Bolu şəhərində itkin düşən 10 uşaq və uşaq evinin 3 əməkdaşı tapılıb - FOTO

Türkiyənin Kocaeli vilayətindəki uşaq evindən Boluya gündəlik gəzintiyə gedən 14-17 yaşlarında 10 qız uşağı və 3 əməkdaş itkin düşdükdən təxminən 10 saat sonra sağ tapılıb.

Primeinfo.az xəbər verir ki,uşaqlar Yedigöllər və Gölcük Təbiət Parklarını əhatə edən gəzintidən qayıdarkən onlarla əlaqə kəsilib.

Bundan sonra Bolu Valiliyində böhran mərkəzi yaradılıb, polis, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), səhiyyə qrupları axtarışlara başlayıb.

Məlumata görə, mikroavtobus əsas yoldan çıxaraq təxminən 22 kilometrlik meşəlik əraziyə daxil olub və palçığa bataraq hərəkətsiz qalıb.

Mikroavtobusun sürücüsü Nazif Ege qısa yoldan getmək üçün həmin istiqamətdən istifadə etdiyini və daha əvvəl bu yolla getmədiyini bildirib.

Uşaqlar və əməkdaşlar sağ-salamat yataqxanaya qaytarılıb, onların səhhətinin yaxşı olduğu bildirilib.

Türkiyəni Bolu şəhərində itkin düşən 10 uşaq və uşaq evinin 3 əməkdaşı tapılıb - FOTO

Paylaş: