
1992-ci ildə İsveçrədə itkin düşən iki belçikalı alpinistin meyitləri düz 34 ildən sonra -buzlağın əriməsi nəticəsində aşkarlanıb.
Primeinfo.az xəbər verir ki, iyulun sonunda Trift buzlağında tapılan iki kişinin meyitinin DNT analizi onların 1992-ci ildə itkin düşən belçikalı alpinistlərə aid olduğunu təsdiqləyib.
Həmin vaxt 39 və 41 yaşlı iki alpinist 4017 metr yüksəklikdəki Vayssmis zirvəsinə qalxmağa çalışarkən əlverişsiz hava şəraitinə düşərək yoxa çıxıb. Həmin vaxt aparılan axtarışlar zamanı yalnız bir çanta tapılıb, alpinistlərin özündən isə heç bir iz əldə edilməyib.
İllər keçdikcə itkin alpinistlərin tapılması ilə bağlı axtarışlar nəticəsiz qalıb. Lakin Alp dağlarında buzlaqların əriməsi onilliklərdir buz altında qalan izləri üzə çıxarıb.