Xəbər axtarın

Son axtarış nəticələri:

Lənkəranda itkin düşən kişinin meyiti kanalda tapıldı

31.07.2026 11:02

Lənkəranda itkin düşən kişinin meyiti kanalda tapıldı
Lənkəranda axtarışda olan kişinin meyiti kanaldan tapılıb.

Primeinfo.az xəbər verir ki, Yuxarı Nüvədi kənd sakini 48 yaşlı Mais Əzizağa oğlu Abdullayevin cəsədi Bəllərbur kəndinin ərazisindəki kanalda aşkarlanıb.

Məlumata görə, mərhum iyulun 26-da itkin düşüb və axtarışa verilibmiş.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş: