Xəbər axtarın

Son axtarış nəticələri:

Elbrus dağında həlak olan alpinistlərin meyitləri tapılıb

26.07.2026 22:05

Elbrus dağında həlak olan alpinistlərin meyitləri tapılıb

Kabarda-Balkariyada (RF) Elbrus dağında əvvəllər itkin düşmüş hesab olunan üç alpinistin meyiti tapılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

Məlumata görə, Bosniya və Herseqovinadan olan təcrübəli alpinistlər qrupunda ümumilikdə yeddi nəfər olub, onlardan yalnız ikisi xilas edilib.

“İstintaqın versiyasına görə, iyulun 24-də xarici dövlət vətəndaşı olan yeddi alpinistdən ibarət qrup Elbrus dağına dırmaşırdı. Növbəti günün axşamı hava şəraitinin sürətlə pisləşməsi səbəbindən qrup marşrutdan azıb. Alpinistlərdən biri dağdan enərək iki iştirakçının 5,1 min metr hündürlükdə özlərini pis hiss etdiklərini və vəfat etdiklərini bildirib. Sonradan xilasedicilər tərəfindən sağ qalan daha bir alpinist və vəfat etmiş daha üç alpinistin meyiti aşkar edilib”, – məlumatda bildirilir.

Paylaş: