Xəbər axtarın

Son axtarış nəticələri:

"Park Cinema"da “Obitus” filminin qala gecəsi keçiriləcək - VİDEO

13.11.2026 17:36

"Park Cinema"da “Obitus” filminin qala gecəsi keçiriləcək - VİDEO
Noyabrın 18-də “Park Cinema Flame Towers” kinoteatrında Azərbaycan istehsalı olan “Obitus” filminin qala gecəsi  baş tutacaq.

Primeinfo.az-a bu barədə kinoteatrdan məlumat verilib.

Bildirilib ki, Hollivud filmlərini xatırladan atmosferi, vizual effektləri və gərgin süjeti ilə diqqət çəkən ekran əsəri Azərbaycan tamaşaçılarına təqdim olunacaq.

Filmin süjeti dağıdıcı seldən sonra ucqar kənddə yayılan naməlum parazitar infeksiyadan bəhs edir. Yoluxan insanların dəyişməsi ilə kənd ölümcül təhlükə zonasına çevrilir. Hadisələrin mərkəzində isə sağ qalmaq uğrunda mübarizə aparan Damien və qızı Luna dayanır.

Qala gecəsi çərçivəsində tamaşaçılar filmin yaradıcı heyəti ilə görüşmək və ekran əsərini böyük ekranda izləmək imkanı əldə edəcəklər.

Tədbirə biletlər artıq satışdadır. Yerlərin sayı məhduddur.

Tarix: 18 noyabr 2026-cı il
Məkan: Park Cinema Flame Towers
Qala gecəsi: 18:00
Film nümayişi: 20:30

Biletlər:
https://new.parkcinema.az/az/movie/6aeb1e31beadce0d132470d1

 

 

Paylaş: