
ABŞ-da yerləşən “İnklüziv Toplum Fondu” (FIS) 2025-ci ilin birinci və ikinci rübü (yanvar–mart və april-iyun ayları) ərzində İranda Azərbaycan Türklərinə qarşı baş verən insan haqları pozuntularını sənədləşdirən yeni hesabatlarını yayımlayıb.
Primeinfo.az-ın məlumatına görə, birinci üç ayın hesabatında bildirilir ki, bu dövrdə 8 nəfər saxlanıldıqdan sonra azadlığa buraxılıb, 16 nəfər isə ictimai və ya mədəni fəaliyyətlərinə görə həbs cəzası alıb. Ən azı 16 nəfərin edam edildiyi qeyd olunub.
İkinci üç ayın hesabatında isə bildirilir ki, bu dövrdə 20 nəfər saxlanıldıqdan sonra azadlığa buraxılıb, 8 nəfər isə fəaliyyətlərinə görə həbs cəzası alıb. Ən azı 13 nəfərin edam edildiyi də ikinci üç ayda qeyd olunub. Bu fakt beynəlxalq ictimaiyyətin ölüm cəzasının ləğvi ilə bağlı artan çağırışlarına baxmayaraq, İran hakimiyyətinin bu cəzanı tətbiq etməkdə davamlı israrını göstərir.
Yanvar-mart ayları hesabatında arasında fəallara qarşı zorakılıq və qorxutma məqsədilə həyata keçirilən hücum və döymə hadisəsi ilə yanaşı, iki nəfərin təhlükəsizlik qüvvələri tərəfindən hədə-qorxuya məruz qalması və dindirilməyə çağırılması faktları da sənədləşdirilib.
Aprel-iyun ayları hesabatında isə doğum şəhadətnamələrinin verilməməsi ilə bağlı narahatedici hallar da diqqətə çatdırılır. Xüsusilə etnik azlıqlar arasında bu sənədin alınmasında qarşıya çıxan maneələr, uşaqların təhsil, səhiyyə və vətəndaş hüquqlarına çıxışını məhdudlaşdıran ciddi insan haqları pozuntusu kimi qiymətləndirilir. Bu hesabat dövründə ən azı 7 yeni doğulmuş uşağa doğum şəhadətnaməsi verilmədiyi qeyd olunur.
“İnklüziv Toplum Fondu” bildirir ki, bu hallar İranda Azərbaycan Türklərinə qarşı həyata keçirilən sistematik repressiyaları və dövlət səviyyəsində ayrı-seçkiliyin davam etdiyini açıq şəkildə göstərir. Fond beynəlxalq ictimaiyyəti İran hökumətinə qarşı təzyiqləri gücləndirməyə, edamları dayandırmağa, uşaqların hüquqlarının qorunmasını təmin etməyə və ədalətli məhkəmə sisteminin yaradılmasına dəstək verməyə çağırır.
İran ərazisində həbsdə olan siyasi məhbusların (Azərbaycan Türklərinin) siyahısı (2025-cı il, yanvar-iyun):
1.Abdolaziz Azim – Tehran (6il)
2.Morteza Parvin – Tehran (5 il )
3.Ayaz Seyfkhah – Tehran (13 il)
4.Saeed Minaie – Qərbi Azərbaycan
5.Taher Naghavi – Tehran ( 6 il )
6.Vadud Asadi – Gilan ( 4 il )
7.Mohammedreza Faghihi – Tehran
8.Armita Pavir – Qərbi Azərbaycan
9.Saheil Diyari – Qərbi Azərbaycan
10.Araz Aman Zeinabad – 13 il
11.Bagher Hajizadeh – 13 il
12.Hossein Piri
13.Salar Taher Afshar
14.Karim Mardaneh – 5 il
15.Mostali Beyglu – 5 il
16.Kamal Nouri – 3il
17.Soleiman Mohammadi – 3 il
18.Hassan Ebrahimi Shiran – 3 il
İran zindanlarında həbsdə olan Azərbaycanlı siyasi məhbusların siyahısı (2026):
- Araz Aman – 13 il
- Ayaz Seyfhah – 14 il
- Ayet Mehralibeyli – 9 il 9 ay
- Bager Hacızade – 13 il
- Emin Takizade – 4 il 3 ay
- Rıza Selimi – 4 il 3 ay
- Salar Tahir Afşar – 5 il
- Siyamək Mirzayi –
- Samed Haydari – 4il 3 ay
- Tohir Nagavi – 5 il
- Abbas Lisani – 15 il
- Abdülaziz Azimi Kadim – 5 il
- Ali Babayi – 6il 4 ay
- Ali Vasıki – 1 aylıq həbs
- Fatime Ateşi Hiyavi – 5 il
- Kerem Merdane -11 il
- Muhammed Meliki –
- Mahmud Ocaklu – 11 il
- Murtaza Pervin – 5 il
- Vedud Esedi – 07.08.26 tarixdən həbsxanada
- Yusif Kari – 10 il
- Araz İbrahimnejad – 6 il 4 ay
- Areş Kehpur
- İbrahim Avazzade – 6 il 4 ay
- Ebulfazl Rencberi –
- Emir İbrahimlu –
- Emir Hüseyn Ağayi – 6 il 4 ay
- Eyyub Şiri –
- Behram Alili –
- Behrad Deşti – 10 il
- Celal Kuderilu –
- Cevad Sudber – 6 il 4 ay
- Hamed Yeganepur –
- Hüseyin Azadi – 6 il 4 ay
- Hüseyin Cevadzade –
- Davud Şiri – 6 il 4 ay
- Ramin İslami –
- Rıza Pehlivaniyan –
- Said Minayi –
- Süheyl Diger –
- Abbas Alilu –
- Ali Heyrcu – 5 il
- Murtaza Nurmuhammedi – 2 il
- Mehrdad Kadiri – 6 il 4 ay
- Nasır Rezmcu – 6 il 4 ay
- Yusuf Selahşur – zaminə buraxılıb
- Yunus Merami –
- İbrahim Asemani – 30 aylıq hökm çıxarıldı
- Kerim İsmailzade – 1 il
- Milad Balesini –
- Sahar Mamizade – 15 aylıq hökm
- Hamid Gharahhasanlou –
- Ehad Alivand –
- Zahra (Sara) Hüseyinzade –
- Yaşar Hasanpur –
- Ali Amanzade Başmakçı – 1 il
- Sima Alipur –
- Vahid Abheri –
- Nima Radmanes –
- Hüseyin İsmaili –
- Setayesh (Behnous) Sarabi – 2 il
- Mir Muhammed Rıza Movahed – 3 il 7 ay
- Muhammed Hasan Rahimi –
- Asker Ekberzade –
- Sima Ali Pour – 2 il
- Salar Taherafşar – 2 il
- Vahid Abheri İranak – 2 il
- Nima Radmenş – 2 il
- Hüseyin İsmaili Sume – 2 il
Cəmi: 87 nəfər
Hesabatları buradan oxuya bilərsiniz:
İranda Azərbaycan Türkləri ilə bağlı insan haqları hesabatı (yanvar–mart 2025)
İranda Azərbaycan Türkləri ilə bağlı insan haqları hesabatı (aprel–iyun 2025)
“İnklüziv Toplum Fondu” azlıqların hüquqlarını müdafiə edən, ABŞ mərkəzli qeyri-hökumət təşkilatıdır. Fond insan haqları, ictimai-siyasi və ekoloji problemlər sahəsində tədqiqatlar aparır və mütəmadi hesabatlar dərc edir.
Daha ətraflı məlumat üçün təşkilatın rəsmi veb-saytına daxil olmaq mümkündür: www.inclusivevision.org