Xəbər axtarın

Son axtarış nəticələri:

Sankt-Peterburqda avtomobildə PARTLAYIŞ: Rusiya ordusunun polkovniki öldü

12.11.2026 11:13

Sankt-Peterburqda avtomobildə PARTLAYIŞ: Rusiya ordusunun polkovniki öldü

Sankt-Peterburqda avtomobildə partlayış baş verib. Hadisə nəticəsində Rusiya ordusunun polkovniki həlak olub.

Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya və Ukrayna mediası məlumat yayıb.

Bildirilib ki, partlayış Sankt-Peterburq yaxınlığında yerləşən Şuşarı qəsəbəsində baş verib. Həlak olan şəxsin avtomobildə olan qohumu isə yaralanıb.

Sankt-Peterburqda avtomobildə PARTLAYIŞ: Rusiya ordusunun polkovniki öldü

Həlak olan şəxsin adı və hadisənin digər təfərrüatları hələlik açıqlanmır.

Rusiya İstintaq Komitəsindən bildiriblər ki, Sankt-Peterburqda baş vermiş partlayışdan sonra Rusiya hərbçisinin həlak olması faktı ilə bağlı cinayət işi başlanıb.

Şahidlərin sözlərinə görə, partlayış dalğası nəticəsində ərazidəki binaların şüşələri sınaraq yolun kənarına səpələnib.

 

Paylaş: