Xəbər axtarın

Son axtarış nəticələri:

Siyəzəndə su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb - Yenilənib

28.11.2026 22:45

Siyəzəndə su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb - Yenilənib

“Taxtakörpü-Ceyranbatan” su kanalının Siyəzən rayonunun ərazisindən keçən hissəsində bir nəfər suda batıb.

Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki,FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində 2013-cü il təvəllüdlü Siyəzən rayon sakini H. Allahverdiyevin cəsədi batdığı yerdən 10 km aralı FHN-in xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Siyəzəndə iki azyaşlı Taxtakörpü – Ceyranbatan su kanalına düşüb.

Primeinfo.az xəbər verir ki,Zeynallı Ömər Vüsal oğlu və Allahverdiyev Hüseyn Ceyhun oğlu kanalın kənarında oynayan zaman suya düşüblər.

Ö.Zeynallı sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib, H.Allahverdiyevin isə axtarışları davam etdirilir.

Axtarış-xilasetmə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunublar.

Paylaş: