Xəbər axtarın

Son axtarış nəticələri:

Səudiyyə Ərəbistanı Ədən şəhərini “qırmızı xətt” elan edib, husilərlə sülhün şərtini açıqlayıb

29.11.2026 17:45

Səudiyyə Ərəbistanı Ədən şəhərini “qırmızı xətt” elan edib, husilərlə sülhün şərtini açıqlayıb

Yəməndə Ədən şəhəri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya üçün “qırmızı xətt” elan edilib, husilərlə sülhün şərti açıqlanıb.

Primeinfo.az xəbər verir ki,Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın sözçüsü general-mayor Türki əl-Maliki “Reuters“  Agentliyinə  müsahibəsində bildirib ki,husilər BMT-nin dəstəklədiyi sülh planını qəbul etsələr, Yəməndə müharibə sabah başa çata bilər.

Eyni zamanda Türki əl-Maliki Yəmən hökumətinin müvəqqəti paytaxtı Ədən şəhərinin koalisiya üçün “qırmızı xətt” olduğunu və koalisiyanın Yəmənin cənubunda yerləşən bu şəhəri qorumaq üçün bütün zəruri tədbirləri görəcəyini vurğulayıb.

Koalisiyanın sözçüsü əlavə edib ki, Yəmən hökuməti taktiki səviyyədə müəyyən çatışmazlıqların olduğunu etiraf edib və bu problemlərin aradan qaldırılacağına ümid edirlər.

Qeyd edək ki, husilər hazırda Ədən şəhərinə yaxınlaşır.

Paylaş: