Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: zərbə

ABŞ-də erməni icmasına "miqrasiya zərbəsi"

ABŞ-də erməni icmasına "miqrasiya zərbəsi"

ABŞ Prezidenti Donald Tramp administrasiyasının miqrasiya siyasətini kəskinləşdirməsi Şimali Amerikadakı erməni icması üçün ciddi böhranla nəticələnib. Primeinfo.az xəbər verir ki,erməni diasporunun əsas mərkəzi hesab olunan Kaliforniya ştatının Qlenddeyl şəhərində (Los-Anceles dairəsi) ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) tərəfindən genişmiqyaslı reydlərə başlanılıb. Sosial şəbəkələrdə immiqrasiya polisinin həyata keçirdiyi sərt saxlanılma anlarının kadrları sürətlə yayılır.

Rusiya Xarkov və Dnepropetrovsk vilayətinə zərbələr endirib: ölənlər və yaralananlar var

Rusiya Xarkov və Dnepropetrovsk vilayətinə zərbələr endirib: ölənlər və yaralananlar var

Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk vilayətinin Sinelnikovo şəhərinə dronla hücumu nəticəsində üç nəfər ölüb, səkkiz nəfər yaralanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib. Hücum nəticəsində çoxmərtəbəli binanın dördüncü mərtəbəsində yanğın başlayıb, mağaza və avtomobillər zərər görüb.

Ukrayna qüvvələri Omskda kimya zavoduna zərbə endirib

Ukrayna qüvvələri Omskda kimya zavoduna zərbə endirib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Omsk şəhərində yerləşən “Omsk kauçuk” kimya zavoduna zərbə endirib. Hücumdan sonra müəssisənin ərazisində güclü yanğın başlayıb. Primeinfo.az xəbər verir ki,bu barədə Rusiya və Ukraynanın “Telegram” kanalları məlumat yayıb.

Hörmüzdə ticarət gəmisinə ZƏRBƏ - Yanğın başlayıb

Hörmüzdə ticarət gəmisinə ZƏRBƏ - Yanğın başlayıb

Hörmüz boğazında ticarət gəmisinə zərbə endirilib. Primeinfo.az xəbər verir ki, bu barədə “Fars” agentliyi “Ambrey” dəniz təhlükəsizliyi şirkətinə istinadən məlumat yayıb. Məlumata görə, ticarət gəmisi Oman ərazisində, Xəsəb şəhərinin şimalında boğazın cənub marşrutu ilə hərəkət edərkən mərmi ilə vurulub.

Ukrayna ordusu Rostov vilayətində optik-mexanika zavodunu vurub

Ukrayna ordusu Rostov vilayətində optik-mexanika zavodunu vurub

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Rostov vilayətinin Azov şəhərində yerləşən Azov Optik-Mexanika Zavodunun istehsal güclərini vurub. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin Baş qərargahı məlumat yayıb. Bildirilib ki, Ukrayna istehsalı olan “Neptun” qanadlı raketləri ilə vurulan zavodun ərazisində yanğın qeydə alınıb, həmçinin beş istehsalat binasında avadanlıqlar zədələnib.

ABŞ Ordusu Karib dənizində narkotik daşıdığı ehtimal olunan katerə zərbə endirib

ABŞ Ordusu Karib dənizində narkotik daşıdığı ehtimal olunan katerə zərbə endirib

ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı sentyabrın 19-da, şənbə günü, Karib dənizində “narkotiklərin qanunsuz daşınması üçün istifadə olunan marşrutlarla hərəkət edən” sürətli katerə zərbə endirilməsi barədə məlumat yayıb. Primeinfo.az xəbər verir ki, katerdəki 4 nəfər ölüb Qeyd edilib ki, etibarlı kəşfiyyat məlumatları bu katerin narkotik qaçaqmalçılığı ilə əlaqəsini təsdiqləyib. ABŞ Ordusunun katerə endirdiyi zərbənin görüntüsü “X” sosial şəbəkəsində yayımlanıb.

İranın mülki gəmisinə zərbə endirilib, ölən və yaralılar var

İranın mülki gəmisinə zərbə endirilib, ölən və yaralılar var

Hörmüz boğazında İranın mülki gəmisinə endirilən zərbə nəticəsində ən azı bir nəfər ölüb, üç nəfər yaralanıb. Primeinfo.az  xəbər verir ki, bu barədə Keşm rayonunun rəhbəri Əmir Teymuri məlumat verib. “Bu gün səhər saat 5 radələrində ticarət gəmisi Hənqam adası ilə Keşm adasının Şib-Dəraz sahili yaxınlığında zərbəyə məruz qalıb”, – deyə o əlavə edib.

KİV: İsraildən Livana güclü zərbələr endirildi: Strateji yüksəkliklər atəş altında

KİV: İsraildən Livana güclü zərbələr endirildi: Strateji yüksəkliklər atəş altında

İsrail Livanın cənubundakı strateji əhəmiyyətli Əli ət-Tahir yüksəkliklərinə güclü zərbələr endirib. Primeinfo.az xəbər verir ki, məlumatı Livanın “Al-Wataniya” informasiya agentliyi yayıb. Məlumata görə, İsrail Hadəsa və Haris yaşayış məntəqələri arasındakı əraziyə, həmçinin Nabatiyə rayonundakı Əli ət-Tahir yüksəkliklərinə intensiv artilleriya zərbələri endirib.