
İsrail Livanın cənubundakı strateji əhəmiyyətli Əli ət-Tahir yüksəkliklərinə güclü zərbələr endirib.
Primeinfo.az xəbər verir ki, məlumatı Livanın “Al-Wataniya” informasiya agentliyi yayıb.
Məlumata görə, İsrail Hadəsa və Haris yaşayış məntəqələri arasındakı əraziyə, həmçinin Nabatiyə rayonundakı Əli ət-Tahir yüksəkliklərinə intensiv artilleriya zərbələri endirib.
Bununla yanaşı, İran KİV vasitəsilə İsrailin bu əraziyə zərbəsinin güc tətbiqinə əsaslanan cavaba səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Livan və İsrail iyunun 26-da Vaşinqtonda İsrail qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını və həmin ərazilər üzərində nəzarətin Livan ordusuna qaytarılmasını nəzərdə tutan çərçivə sazişi imzalayıblar. Buna baxmayaraq, Livan ərazisinə zərbələr davam edir.