Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksinə gəliblər - FOTO - VİDEO
Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində diplomatik korpusun nümayəndələri sentyabrın 12-də Kəlbəcərə gəliblər.
Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində diplomatik korpusun nümayəndələri sentyabrın 12-də Kəlbəcərə gəliblər.
Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb.
Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası keçiriləcək.
Avqustun 20-si günün ikinci yarısından bəzi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub. Düşən yağıntının miqdarı Şahdağda 18, Gədəbəydə 17, Daşkəsəndə 15, Qusarda 10, İsmayıllıda 6, Göygöldə 5, Xınalıqda (Quba) 4, Ağdam, Qəbələdə 3, Qaxda 2, Goranboy, Gəncə, Naftalan, Xaltan, Tovuz, Zaqatala, Tərtər, Bərdə, Yevlax, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dək qeydə alınıb.
Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində baş verən partlayış səbəbilə avqustun 14-də saat 03:30 radələrində 1953-cü il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində 21 iyul tarixində sursat partlayışı hadisəsi baş verib.
Postmünaqişə bərpası yalnız tikinti prosesi deyil, əsas məqsəd azad edilmiş əraziləri inkişaf və tərəqqi məkanına çevirməkdir. Primeinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Laçın və Kəlbəcər: urbisiddən postmünaqişə dövründə yenidənqurmaya gedən yol” adlı tədbirdə Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov bildirib. O qeyd edib ki, Qarabağ torpaqları təxminən 30 il işğal altında qalıb.
Hərbi qulluqçuların mina düşməsi faktı ilə bağlı araşdırılır. Bu barədə Primeinfo.az-a Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan məlumat verilib. Bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları, əsgərlər Məhəmməd Hüseynov və Kamil Qaflanovun mayın 11-də Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.
Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər.
lkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi rayonlarda yağıntılı olub, yüksək dağlıq ərazilərdə isə (Kəlbəcər, Laçın) sulu qar yağıb. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Qubada 3, Gəncə, Naftalan, Qusar, Balakən, Şabran, Xaçmaz, Zaqatala, Şəki, Tərtər, Yevlax, Sabirabad, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.