Xəbər axtarın

Son axtarış nəticələri:

Vuçiç 25 və ya 26 sentyabrda prezidentlikdən imtina edəcək

11.09.2026 20:40

Vuçiç 25 və ya 26 sentyabrda prezidentlikdən imtina edəcək

Serbiya Prezidenti Aleksandar Vuçiç ABŞ-dan qayıtdıqdan sonra dövlət başçısı vəzifəsindən istefa verəcək.

Primeinfo.az xəbər verir ki, o, bunun 25 və ya 26 sentyabrda baş verəcəyini bildirib.

“Nyu-Yorkdan qayıtdıqdan dərhal sonra istefa ərizəmi təqdim edəcəyəm”, – Vuçiç mətbuat konfransında N1 televiziyasının sualına cavab olaraq deyib.

Qeyd edək ki, Vuçiç bundan əvvəl oktyabrın 25-nə parlamentə növbədənkənar seçkilər təyin edib. O, hakim partiyanın siyahısına rəhbərlik edəcək və Baş nazirliyə namizəd olacaq.

Paylaş: