Xəbər axtarın

Son axtarış nəticələri:

Alparslan Bayraktar: "Azərbaycan və Türkiyə elektrik sistemlərinin daha sıx inteqrasiyasını hədəfləyir"

11.09.2026 14:23

Alparslan Bayraktar: "Azərbaycan və Türkiyə elektrik sistemlərinin daha sıx inteqrasiyasını hədəfləyir"

Azərbaycan və Türkiyə enerji əməkdaşlığını neft və təbii qazla məhdudlaşdırmır, elektrik enerjisi sistemlərinin daha sıx inteqrasiyası istiqamətində də işi genişləndirir.

Primeinfo.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətləri adi qonşuluq və ya kommersiya tərəfdaşlığı çərçivəsindən kənara çıxır: “Bizim bağımız sarsılmaz qardaşlığa, qarşılıqlı etimada və tarixdən gələn ortaq uğurlara əsaslanır. Bu forumu yalnız iki ölkənin enerji sektorlarının bir araya gəldiyi tədbir kimi deyil, “bir millət, iki dövlət” prinsipi əsasında ortaq gələcəyimizi formalaşdırdığımız strateji platforma kimi görürük”.

Bayraktar bildirib ki, iki ölkə arasında əməkdaşlıq təbii qaz və neftdən başlayaraq mədənçilik, bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik bazarları, ötürmə və paylama sahələrinədək geniş spektri əhatə edir.

Onun sözlərinə görə, qlobal enerji sektoru mühüm transformasiya mərhələsindən keçir və enerji sistemi getdikcə daha çox elektrik mərkəzli olur.

“Artıq məsələ yalnız enerjinin istehsalı deyil. Əsas məsələ istehsal olunan enerjinin təhlükəsiz, dayanıqlı, sürətli və səmərəli şəkildə istehlakçılara çatdırılmasıdır”, – nazir vurğulayıb.

Bayraktar əlavə edib ki, güclü və bir-biri ilə əlaqələndirilmiş elektrik sistemləri təchizat təhlükəsizliyini möhkəmləndirir, bərpa olunan enerjinin sistemə inteqrasiyasını asanlaşdırır və ölkələr arasında yeni enerji ticarəti imkanları yaradır.

Nazir bildirib ki, Türkiyə interkonnektorları yalnız iki elektrik sistemini birləşdirən texniki xətt deyil, ölkələrin enerji sistemlərini bir-birinə daha da yaxınlaşdıran strateji alət kimi qiymətləndirir.

Paylaş: