Xəbər axtarın

Son axtarış nəticələri:

Nazir Rəşad Nəbiyev Ulf Boll ilə görüşüb

27.10.2026 17:38

Nazir Rəşad Nəbiyev Ulf Boll ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev beynəlxalq logistika, yükdaşıma və liman əməliyyatları sahələrində ixtisaslaşan Niderlandın “C. Steinweg Group” şirkətinin baş icraçı direktoru Ulf Boll ilə görüşüb.

Primeinfo.az xəbər verir ki, görüşdə Orta Dəhlizin inkişaf perspektivləri, Azərbaycanın tranzit və logistika imkanlarının genişləndirilməsi, liman və nəqliyyat infrastrukturunun modernləşdirilməsi, eləcə də şirkətin Azərbaycanda fəaliyyətinin və investisiyalarının genişləndirilməsi imkanları müzakirə edilib.

Həmçinin beynəlxalq yükdaşımaların səmərəliliyinin artırılması, Orta Dəhliz vasitəsilə yeni yük axınlarının cəlb edilməsi və AZCON Holding şirkətləri ilə potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Paylaş: