![]()
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçelini qəbul edib.
Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib.
Görüş Prezident iqamətgahında qapalı keçirilir.
Görüşdə daxili və xarici siyasətdəki son proseslərin, o cümlədən “Terrorsuz Türkiyə” və “Terrorsuz Region” konsepsiyasının müzakirəsi gözlənilir. Həmçinin Türkiyə-Azərbaycan münasibətlərindəki gərginliyin də gündəlikdə olacağı istisna edilmir.







