Xəbər axtarın

Son axtarış nəticələri:

Ucar Rayon Mərkəzi Xəstəxanasında mənimsəmə: Vəzifəli şəxs HƏBS olundu - FOTO

27.10.2026 12:09

Ucar Rayon Mərkəzi Xəstəxanasında mənimsəmə: Vəzifəli şəxs HƏBS olundu - FOTO

Ucar rayon xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur.

Primeinfo.az APA-ya istinadən xəbər verir ki, “Ucar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Farmokonəzarət sektoru və aptek bölməsinin müdiri Qüdrət Qarayevə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bölmə müdiri 100 min manatadək vəsaiti mənimsəməkdə ittiham edilir. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə zərərçəkən kimi TƏBİB tanınıb.

Ucar Rayon Mərkəzi Xəstəxanasında mənimsəmə: Vəzifəli şəxs HƏBS olundu - FOTO

Paylaş: