
Rusiyanın Perm diyarına pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində 5 nəfər xəsarət alıb.
Primeinfo.az xəbər verir ki,bu barədə regionun qubernatoru Dmitri Maxonin məlumat verib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri və mobil atəş qrupları 11 PUA-nı vurub.
Hücum nəticəsində diyarın şimalında yerləşən sənaye müəssisəsinə cüzi ziyan dəyib. Müəssisə fəaliyyətini adi rejimdə davam etdirir.
İlkin məlumata əsasən, müəssisənin 5 əməkdaşı xəsarət alıb. Onlardan üçü xəstəxanaya müayinəyə göndərilib, biri ambulator müalicəyə yönləndirilib, daha bir nəfər isə tibbi müayinədən imtina edib.
Qubernator bütün xəsarət alanların vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Hadisə yerində operativ xidmətlər işləyir.