Xəbər axtarın

Son axtarış nəticələri:

Aygün Muradxanlı Ədalət Verdiyevin CAVABINI verdi: “Sənin mayor rütbən niyə əlindən alınıb?” – VİDEO

23.10.2026 11:43

Aygün Muradxanlı Ədalət Verdiyevin CAVABINI verdi: “Sənin mayor rütbən niyə əlindən alınıb?” – VİDEO

Jurnalist Aygün Muradxanlı hərbi ekspert Ədalət Verdiyevin internet televiziyalarının birində onun haqqında səsləndirdiyi yalan və böhtan dolu fikirlərinə münasibət bildirib.

Primeinfo.az xəbər verir ki, Aygün Muradxanlı Prime TV-nin “Qırmızı masa” platformasında ekspertin “həftələrlə məni efirinə çağırmaq üçün növbəyə düzülən şəxs səhifəsində mənimlə bağlı yazı yazır ki, reytinqi qalxsın” fikrini şərh edib.

O, canlı yayım zamanı mobil telefonunun ekranında hərbi ekspertlə yazışmanı izləyicilərə göstərib:

“Ədalət Verdiyev, sənin ətin nədir, budun nə olsun? Deyirsən ki, səni efirə çağırmaq üçün həftələrlə sıraya durmuşuq. Populist çıxışların kimə lazımdır ki, sənin üçün həftələrlə sıraya düzülək? 2022-ci ildən bu yana yazışmalarımız qalır – səni 4 dəfə efirə çağırmışam, sonuncu dəfə iyunda. Azərbaycanın strateji mövqelərini çəkdiyin videoda Rusiyaya, İrana, Ermənistana göstərdiyin üçün 4 ay 13 gün həbsə atılmışdın. Unutdun? Hələ də 7 ay şərti cəzan qalır.

İndi də Azərbaycana təhlükəsizlik təhdidinin 64 faiz Türkiyədən gəldiyini iddia edirsən. Rusiya varkən, İran, Ermənistan, İsrail varkən… Hələ irəli gedib 4-5 hədsiz danışana görə Türkiyəyə qapı çırpaq, viza rejimini bərpa edək deyirsən. Ordu generalı Qabil Məmmədov sənin ordudan necə uzaqlaşdırıldığını, mayor rütbənin alındığını, ön cəbhədə dözməyib tərxis üçün yalvardığını, xidməti uyğunsuzluq üçün ordu sıralarından çıxarıldığını detallı yazıb. Mən öz sahəmin generalıyam, sən öz sahənin mayor rütbəsi alınmış kapitanı. Aramızda fərq çox böyükdür”.

Azərbaycan Ordusunun ehtiyatda olan general-mayoru Qabil Məmmədovun Ədalət Verdiyev haqqında sözügedən “Facebook” statusunun linkini yazıya əlavə edirik:

Qızğın müsakirənin davamını “Qırmızı masa”da izləyin:

Paylaş: