Xəbər axtarın

Son axtarış nəticələri:

Ermənistan Rusiyanın idxal məhdudiyyətlərinin maneə kimi tanınmasını istəyir

21.10.2026 21:00

Ermənistan Rusiyanın idxal məhdudiyyətlərinin maneə kimi tanınmasını istəyir

İrəvan Avrasiya İqtisadi Komissiyasından Rusiyanın Ermənistan məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətləri iqtisadi maneə kimi tanımasını istəyib.

Primeinfo.az “Hraparak”a istinadən  xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan deyib.

Papoyan bildirib ki, İrəvan məsələni iki ölkə arasında sırf iqtisadi mübahisə hesab edir və Rusiyanın mövqeyi ilə razılaşmır.

Qeyd edək ki, iyunun 12-dən etibarən Rusiyanın Kənd Təsərrüfatı Məhsullarına Nəzarət Xidməti (Rosselxoznadzor) Ermənistandan Rusiyaya karantin nəzarətində olan bütün məhsulların idxalını, həmçinin, onların Rusiya ərazisindən digər Aİİ ölkələrinə tranzitini məhdudlaşdırıb.

Rusiya tərəfi məhdudiyyətlərin siyasi səbəblərlə deyil, məhsulların keyfiyyətinə lazımi nəzarətin təmin olunmaması ilə əlaqədar tətbiq edildiyini bildirib.

Ermənistanlı istehsalçılar isə artıq məhdudiyyətlər nəticəsində ciddi itkilərlə üzləşdiklərini açıqlayıblar.

Paylaş: